Aylardır davam edən meşə yanğınları səbəbindən İndoneziyada 333.000-dən çox kəskin tənəffüs yolu infeksiyası hadisəsi qeydə alınıb.
Tezadlar.az xəbər verir ki, Antara xəbər agentliyinin məlumatına görə, İndoneziya Səhiyyə Nazirliyi ölkənin müxtəlif yerlərində aylardır davam edən meşə yanğınları səbəbindən son 24 saat ərzində 4522 yeni kəskin infeksiya hadisəsinin aşkarlandığını açıqlayıb.
Daha sonra Nazirliyin Ətraf Mühitin Sağlamlığı üzrə direktoru Suyanti bildirib ki, meşə yanğınlarından təsirlənən müxtəlif bölgələrdə, əsasən Cənubi Sumatra, Qərbi Kalimantan və Cənubi Kalimantan əyalətlərində hava keyfiyyəti təhlükəli səviyyədə qalır.
Suyanti bildirib ki, meşə yanğınları səbəbindən ölkə miqyasında qeydə alınan kəskin infeksiya hallarının sayı 333.470-ə çatıb və uşaqlar, yaşlılar, hamilə qadınlar, astma və KOAH xəstələri kimi həssas qruplara xüsusi diqqət yetirildiyini qeyd edib.
Suyanti vurğulayıb ki, hökumət kəskin respirator infeksiyalar, pnevmoniya, astma, göz və dəri qıcıqlanması kimi yanğınla əlaqəli xəstəliklərin gedişatını yaxından izləyir və təsirlənmiş ərazilərdə dərman, tibbi ləvazimatlar və avadanlıqların təchizatı tam təmin olunur.
İndoneziyada son illərdə baş verən ən böyük yanğınlar
Hökumətin məlumatlarına görə, avqust-sentyabr ayları arasında İndoneziyada 54.394 işçi yanğınlarla mübarizə aparıb.
Cənub-Şərqi Asiyanın çoxsaylı ölkələri son illərdə İndoneziyada baş verən ən böyük yanğınlar səbəbindən həftələrdir ki, güclü tüstü altındadır.
Nəzarət olunmayan yanğınların səbəbləri arasında uzun müddətdir ki, kənd təsərrüfatı üçün torpaqları təmizləmək üçün bitki örtüyünün yandırılması təcrübəsi var, yağışları azaldan El-Ninyo hava fenomeni isə vəziyyəti daha da ağırlaşdırır.
İndoneziya Meşəçilik Nazirliyinin məlumatlarına görə, yanvar-iyul ayları arasında baş verən yanğınlar nəticəsində 202.000 hektardan çox torpaq sahəsi zərər görüb.
İndoneziya iqtisadi düşüncə mərkəzi olan İqtisadi və Hüquqi Tədqiqatlar Mərkəzinin apardığı araşdırma göstərir ki, bu ilki yanğınların ölkəyə iqtisadi ziyanı 1,7 milyard dollara çata bilər.
ELBAR







