Əsas məzmuna keç

İstehlakçıları aldadanlar və aldananlar- İİNDİYƏDƏK CƏMİ 17 PROTOKOL?

Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə vətəndaşların aldadılması halları ilə bağlı 396 müraciət daxil olub. Tezadlar.az Agentliyin saytına istinadən xəbər verir ki, müraciətlərin 306-na baxılıb, 130-u isə təmin edilib.

Bundan əlavə, istehlakçıların aldadılması halları ilə bağlı 17 inzibati protokol tərtib edilib. “İstehlakçılar malın ölçüsünə, çəkisinə və hesabına dair aldadılması hallarında atılacaq addımlar, eləcə də bu sahədə mövcud hüquqi tənzimləmə alətləri barədə ətraflı məlumatı Agentliyin təşəbbüsü ilə yaradılmış “istehlakchi.gov.az” portalı vasitəsilə əldə edə bilərlər”, – deyə məlumatda qeyd olunub.

Bu boyda Agentlik addımbaşı aldadılan istehlakçılara 17 inzibati protokol təsəllisi verirsə, daha sözümüz yoxdur…

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…