Ukrayna Prezidenti Vladimir Zelenski sabah Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək.
Tezadlar.az-ın məlumatına görə, kommunikasiya direktoru Burhanəddin Duran bildirib ki, İstanbuldakı görüşlərdə Türkiyə ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atıla biləcək addımlar, eləcə də Rusiya-Ukrayna münaqişəsi və Qara dənizdəki təhlükəsizlik vəziyyəti də daxil olmaqla regional və beynəlxalq inkişaflar müzakirə olunacaq.
ELBAR







