Əsas məzmuna keç

Rusiya: Ukraynanın pilotsuz təyyarəsinin hücumu zamanı 2 nəfər öldü

Rusiyanın nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasının (AES) bir işçisi də daxil olmaqla iki nəfər Ukrayna hərbi pilotsuz təyyarəsinin həyata keçirdiyi hücumda həlak olub.

Tezadlar.az xəbər verir ki, Zaporojye AES-in sosial media hesabından verilən açıqlamada Ukrayna hərbi pilotsuz təyyarəsinin hərəkət edən mülki nəqliyyat vasitəsinə hücum etdiyi bildirilir.

Açıqlamada biri zavod işçisi olan iki nəfərin hücumda həlak olduğu təsdiqlənib və bununla da son iki həftədə həlak olan zavod işçilərinin sayı üçə, apreldən bəri isə ümumi sayı 13-ə çatıb.

Zaporojye AES Avropanın ən böyük nüvə elektrik stansiyasıdır. Rusiya ordusu Ukraynada müharibənin başlamasından sonra 2022-ci ilin mart ayında stansiyanın nəzarətini ələ keçirib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…