Əsas məzmuna keç

ABŞ-da ara seçkilərdə təxminən 60 milyon seçici artıq erkən səs verib

ABŞ-da ara seçkilərdə səsvermə davam etdikcə, təxminən 60 milyon seçicinin artıq erkən səs verdiyi bildirilib.

Tezadlar.az xəbər verir ki, Associated Press (AP) agentliyinin təhlilinə görə, ölkə miqyasında istər şəxsən, istərsə də poçt vasitəsilə verilən erkən səslərin sayı 2022-ci il ara seçkilərində verilən səslərin sayını keçib.

İndiyə qədər təxminən 60 milyon amerikalı 3 noyabrdan əvvəl səs verib və siyasi üstünlüklərini ifadə edib.

2022-ci il ara seçkilərində əldə edilən 58 milyon səviyyəsini aşan bu rəqəm, bu il seçici fəallığının nisbətən yüksək ola biləcəyini göstərir.

Təxminən 212 milyon qeydiyyatdan keçmiş seçicinin olduğu ABŞ-da ara seçkilər Nümayəndələr Palatasına və Senata hansı partiyanın nəzarət etdiyini müəyyən edəcək.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…