Sosial media platformasında tanınan Feride Özdinçin “Uzak Şehir” serialının aktyor heyətinə qoşulacağı barədə məlumat yayılıb.
Tezadlar.az xəbər verir ki, fenomenin televiziya layihəsində yer alması izləyicilər arasında birmənalı qarşılanmayıb. Xəbərin yayılmasından sonra sosial şəbəkələrdə onun aktyorluq bacarığı müzakirə olunmağa başlayıb.
Bəzi istifadəçilər TikTok-da məşhurlaşan bir şəxsin serialda rol almasına təəccüblənərək “TikTok fenomenindən aktrisa olar?” sualını gündəmə gətiriblər.





