ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların genişləndirilməsi ehtimalını istisna etməyib.
Tezadlar.az xəbər verir ki, o bu barədə “Politico”ya müsahibəsində deyib.
“Biz vəziyyətə baxacağıq və hər hansı addım atmaq üçün imkan görsək, ölkəmiz üçün ən yaxşı olanı edəcəyik”, – Tramp bildirib.
Nüvə silahından istifadə ehtimalı barədə suala cavab verən ABŞ Prezidenti buna ehtiyac olmadığını deyib:
“Biz onları artıq 90 faiz sıradan çıxarmışıq. Ona görə də buna ehtiyac yoxdur”.







