İran lideri Müctəba Xamenei bildirib ki, ABŞ-nin ara seçkilərinin nəticələrindən sonra Amerika siyasətindəki dəyişikliklər Vaşinqtonun “İrana qarşı düşmənçiliyini” dəyişdirməyəcək.
Tezadlar.az xəbər verir ki, Xamenei 1979-cu ildə Tehrandakı ABŞ səfirliyinə basqının ildönümünü qeyd edən “Qlobal İmperializmə Qarşı Milli Mübarizə Günü” münasibətilə yazılı bəyanat yayıb.
ABŞ-ın “İran millətini qeyd-şərtsiz ram etməyi” hədəflədiyini bildirən Xamenei düşmənə ən kiçik bir güzəştin belə müharibədə həlak olanların və xalqın qurbanlarını mənasız edəcəyini və qarşı tərəfi yeni tələblər irəli sürməyə və hücumlar etməyə cəsarətləndirəcəyini iddia edib.
ABŞ prezidenti Donald Trampın mənsub olduğu ara seçkilərdə Respublika Partiyasının məğlubiyyətinə toxunan və bu nəticələrin ABŞ-nin İrana qarşı siyasətinə təsir etməyəcəyini qeyd edən Xamenei, Vaşinqtonun davranışında dəyişiklik gözləyənlərin “dərin yanıldığını” bildirib.
ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı müharibə nəticəsində İranın Hörmüz boğazına nəzarəti ələ keçirdiyini və bölgədəki Amerika bazalarını “məhv etdiyini” iddia edən Xamenei “Əgər bu cür hücumlar təkrarlanarsa, (İranın cavabı) daha geniş miqyaslara çatacaq” deyib.
Xamenei həmçinin İranın bölgədə dəstəklədiyi və “müqavimət cəbhəsi” adlandırdığı silahlı qrupların mövqeyini də tərifləyib.
ELBAR







