Nvidia şirkətinin baş direktorunun münasibətdə olduğu çinli iş adamının keçmiş şirkəti olan Megaspeed məsələ ilə bağlı araşdırmalarda ABŞ hakimiyyət orqanları ilə əməkdaşlıq edəcəyini açıqlayıb.
Tezadlar.az xəbər verir ki, Sinqapurda yerləşən Megaspeed texnologiya şirkətinin açıqlamasında ABŞ-ın ixrac nəzarəti qanunlarına riayət olunmasının son dərəcə ciddi qəbul edildiyi vurğulanıb.
Açıqlamada deyilir ki, “Megaspeed ABŞ hökuməti ilə konstruktiv və şəffaf işləməyə sadiqdir”.
8 noyabrda Nvidia şirkətinin Direktorlar Şurası Huangın xarici kəşfiyyat fəaliyyətlərinin hədəfi olduğu barədə xəbərlərdən sonra müstəqil araşdırma başlatdığını elan edib.
“The New York Times” qəzetində dərc olunan xəbərlərdə Huang ilə yaxın əlaqələrinin olduğu deyilən keçmiş Megaspeed rəhbəri Alis Huangın Çin kəşfiyyatı adından fəaliyyət göstərdiyi və Pekin hökumətinə məlumat verdiyi iddia edilirdi.
Nvidia şirkətinin baş direktoru Jensen Huang işçilərinə göndərdiyi mesajda həyat yoldaşına sadiq olmadığını və şirkətin direktorlar şurası tərəfindən başladılan müstəqil istintaqı dəstəklədiyini və tam əməkdaşlıq edəcəyini bildirib. Huang bildirib ki, “Mən Nvidia-nı qorumağa və ABŞ-ın milli təhlükəsizliyini dəstəkləməyə sadiqəm”.
Bu olanlardan sonra Nvidia səhmləri 9 noyabrda 4,27 faiz düşərək günü 178,67 dollara bağlayıb.
ELBAR







