Əsas məzmuna keç

Baş nazirin bu görüntüləri gündəm oldu

O, bir fincan çay içib, sonra cibinə banan qoyaraq “Sonra yeyərəm” dedi

6 qitədən 102 liderin və 300-dən çox nazirin qatıldığı COP31 davam edir. Liderlər Zirvəsi dünən keçirilib. Bu zirvədən ən çox paylaşım edən lider Ermənistanın Baş naziri Nikol Paşinyan olub.

Tezadlar.az xəbər verir ki, Paşinyan Liderlər Zirvəsindən sonra tədbir ərazisində içdiyi çaydan həzz alarkən özünü lentə alıb və daha sonra görüntüləri sosial media hesabında paylaşıb.

Paşinyanın paylaşımları bununla bitməyib. O, həmçinin Liderlər Zirvəsindən sonra əşyalarını yığmağa hazırlaşarkən özünü lentə alıb.

Noutbukunu çantasına qoyduqdan sonra Paşinyanın gözü masanın üstündəki banana satılıb. Bananları cibinə qoyub və yolda yeyəcəyini deyib.

pa b

pa n

Paşinyanın bu görüntüləri sosial mediada tez bir zamanda yayılıb.

Ermənistanın baş nazirinin dünən Moskvada Vladimir Putinin sədrliyi ilə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Zirvə Görüşündə iştirak etməməsi, əvəzində Türkiyəyə gəlməsi də diqqət çəkən məqamlardan biri olub.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…