İsrail ordusu Qəzza zolağı sahillərində saxladığı 5 balıqçını dənizə atıb.
Tezadlar.az xəbər verir ki, Fələstin xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail ordusu Qəzzanın mərkəzindəki Deyr Bəlah limanına patrul qayıqlarından atəş açıb.
İsrail əsgərləri ərazidə bir neçə fələstinli balıqçını saxlayaraq dənizə çıxarıblar.
Balıqçılardan 5-ni dindirdikdən sonra İsrail əsgərləri onları dənizə atıb, digərlərini isə saxlamağa davam ediblər.
İsrail ordusu tərəfindən saxlanılan balıqçıların sayı və ya vəziyyəti ilə bağlı hələlik heç bir məlumat verilməyib.
ELBAR







