Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Avropa Siyasi Birliyi sammiti üçün Dublinə gəlişində bildirib ki, Avropa İttifaqı Əbu-Dabidəki danışıqları alqışlayır və Ukraynanı həm müharibədə, həm də sülhdə dəstəkləmək niyyətindədir.
“Biz Əbu-Dabidəki danışıqları alqışlayırıq və Avropa İttifaqı da orada iştikar edib. Eyni zamanda, Aİ ölkələri Rusiyaya qarşı 22-ci sanksiya paketini və Kiyevi müharibədə və sülhdə dəstəkləmək üçün 2027-ci ildə maliyyələşdirmək təkliflərini hazırlayırlar”, – deyə Ursula fon der Leyen bəyan edib.
Avropa Komissiyasının prezidenti əlavə edib ki, 26-27 noyabr tarixlərində Brüsseldə keçirilməsi planlaşdırılan növbəti Avropa Şurası iclasından əvvəl yeni anti-Rusiya məhdudiyyətləri təqdim olunacaq.
JASMİN







