Əsas məzmuna keç

İranlı millət vəkili: ABŞ nüvə silahından istifadə edərsə, eyni səviyyədə cavab verəcəyik

İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Məhəmməd Rza Möhsüni-Sani bildirib ki, ABŞ İrana qarşı nüvə silahından istifadə edərsə, Tehran administrasiyası da eyni səviyyədə cavab verəcək.

Tezadlar.az xəbər verir ki, İranda yerləşən “Khabarfoori” xəbər saytına danışan Məhəmməd Rza Möhsüni-Sani ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahunun münasibətlərini nəzərə alaraq hər hansı bir inkişafın mümkün olduğunu və lazımi tədbirlərin görüldüyünü bildirib.

Möhsüni-Sani ABŞ ilə mümkün razılaşma ilə bağlı pessimistliyini ifadə edib və bu mövzuda müsbət gözləntilərinin olmadığını bildirib.

O, ABŞ administrasiyasının seçkilərdə məğlubiyyətindən sonra müharibənin artıq faydalı olmadığı qənaətinə gəldiyi və əvvəlki siyasətindən imtina etdiyi təqdirdə diplomatik prosesin mümkün ola biləcəyini, lakin hərbi hücum ehtimalına qarşı lazımi hazırlıqların görüldüyünü iddia edib.

Möhsüni-Sani bildirib ki, “ABŞ nüvə silahından istifadə etməyə cəhd edərsə, İranın cavabı eyni səviyyədə olacaq”.

İranlı millət vəkili cavab barədə ətraflı məlumat verməyib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…