Əsas məzmuna keç

Antalyaya uçan təyyarə ilə bağlı bomba xəbərdarlığı edilib

Rusiyanın “Azimuth Airlines” aviaşirkətinə məxsus, Mineralnıye Vodı şəhərindən Türkiyənin Antalya şəhərinə səfər edən sərnişin təyyarəsində bomba olması barədə xəbərdarlıq edilib.

Tezadlar.az xəbər verir ki, “Sukhoi Superjet 100” tipli, RA-89120 qeydiyyat nömrəli təyyarədə 65 sərnişin və 4 ekipaj üzvü olub.

Xəbərdarlıqdan sonra təyyarə təhlükəsizlik tədbirləri görülməklə Antalya hava limanına enib.

Təyyarə təhlükəsiz əraziyə çəkildikdən sonra bomba mütəxəssisləri tərəfindən axtarış aparılması nəzərdə tutulub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…