Xəbər verdiyimiz kimi, Bakı Şəhəri Masazır Qəsəbəsi, Murtuza Muxtarov Küçəsi-36 ünvanda yaşayan Gülnurə Ayaz qızı Həsənova tərəfindən «Təzadlar»a daxil olmuş şikayət məktubu həqiqətən də inanılmazdır və artıq ortaya daha ciddi suallar çıxmaqdadır. Ötən buraxılışımızda bu barədə qısa da olsa bəhs etmişdik, amma indi məlum olur ki, məsələ heç də sadə deyilmiş. Belə ki, Bakıda 7 filialı olan bu stomatoloji klinikada heç bir əmək müqaviləsi və lisenziyası( sertifikatı) olmayan stomatoloqlar çalışır. Nəticədə görün ortaya nə çıxır: «Dantera Klinikası»nda uf demədən müştəri olan gənc qızı dişsiz qoyublar… Və zərərçəkmiş qız klinikanın rəhbəri Bünyamin Xəlilova dəfələrlə tədbir görülməsini xahiş etsə də, klinikaya 1930 manat pul ödəmiş xəstəni ələ salaraq get-gəllə bezdiriblər, qalmaqal böyüyüb… O dərəcədə ki, şikayət, hətta Azad İstahlakçılar Birliyinə də göndərilib, oradan isə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə. Amman ə sirdirsə, bu dəfə də adında «Prezident yanında…» sözü olan bu birliyin sədri Elnur Bağırov da demək olar ki, ağzındakı bütün dişlərini itirmiş gənc qızı deyil, onu dişsiz-yeməksiz qoub psixi xəstə halına gətirmiş Bünyamin Xəlilovu müdafiə etmişdir. O mənada ki, xanımın şikayəti Səhiyyə Nazirliyinə göndərilir, ordan isə klinikadakı bəzi nöqsanlar aşkarlansa da, gənc qıza maddi, mənəvi və səhhətinə ağır zərər yetirmiş klinika barədə hüquq mühafizə orqanları qarşısında məsələ qaldırılmayıb.
XXX
Redaksiyaya araşdırmaların nəticəsi olaraq Səhiyyə Nazirliyindən təqdim olunmuş rəsmi sənədi təqdim edirik. Oxuyub nəticə çıxarmağa dəyər. O ki, qaldı gənc qızın səhhətinə vurulmuş ağır zərərə, bu barədə sənədlər redaksiya tərəfindən Baş Prokurorluğa göndəriləcək.
- Cinayət məsuliyyəti (CM maddə 131.2): Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurmaya görə 1200 manatdan 2400 manatadək cərimə, 2 ilədək islah işləri, 1 ilədək azadlığın məhdudlaşdırılması və ya 1 ilədək azadlıqdan məhrum etmə tətbiq oluna bilər.
- Digər əlaqəli hallar: Hadisənin gedişatından asılı olaraq ehtiyatsızlıqdan adam öldürmə (124.1-ci maddə), səhlənkarlıq (314-cü maddə) və ya xəstəyə kömək göstərməmə kimi maddələr də tətbiq edilə bilər.
- Mülki iddia və zərərin ödənilməsi: Zərərçəkmiş şəxs cinayət prosesində mülki iddiaçı kimi maddi və mənəvi zərərin ödənilməsini tələb edə bilər. İşçinin əmək vəzifələrini yerinə yetirərkən vurduğu zərərə görə, bir qayda olaraq, işəgötürən tibb müəssisəsi cavabdeh sayılır.
- Məhkəmə-tibbi ekspertiza: Zərərin ağırlıq dərəcəsi (məsələn, həyat üçün təhlükəlilik) məhkəmə-tibbi ekspertiza ilə müəyyən edilir və ekspertizanı istintaq orqanı təyin edir.
- Şikayət və mülki hüquq: Cinayət işinin başlanması rədd edildikdə qərardan məhkəməyə şikayət verilə bilər; cinayət işi başlanmasa belə, mülki qaydada iddia qaldırmaq hüququ qalır. [1]









