Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun oğlu indiyədək çoxlarının bilmədiyi bir sirrə işıq salıb. Sitat: “Mənim anam rusdur. Onları 39-cu ildə sürgün etmişdilər. Anam Ağdamda doğulub, böyüyüb. Məni Ağdamda rus nənəm saxlayıb. Sonradan anam da atam kimi başqa biri ilə ailə həyatı qurdu. Ögey bir qardaşım var. Deyə bilərəm ki, indiyə kimi də anamın ilk məhəbbəti atam olub. Anam heç vaxt atamı unudan deyil. Mən də heç vaxt atamdan inciməmişəm. Övladın atadan inciməyə haqqı yoxdur. Nə olsun ki, atam bizi atıb getdi. O, mənim atamdır, həmişə də ürəyimdədir. Bu dəqiqə sağ olsaydı, canımı ona qurban verərdim…”
Allahverdi Bağırovun yeganə oğlu Elşən Bağırov jurnalist Hafiz Əhmədovun suallarını cavablandırıb.
Tezadlar.az xatırladır ki, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov 1992-ci ildə üç gün ərzində minlərlə Xocalı əsirini ermənilərin əlindən xilas edib. O, həmçinin “Qarabağ” futbol klubunun futbolçusu və məşqçisi olub.
Allah rəhmət eləsin!






