15 Noyabr 2022 / 16:12

ALBANİYADA RƏSMİ SƏFƏRDƏ OLAN PREZİDENT İLHAM ƏLİYEV BAŞ NAZİRLƏ DƏ GÖRÜŞDÜ

Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü olub.

Tezadlar.az AzərTAC-a istinadla xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün həm də Albaniyanın prezidenti Bayram Beqayla götüşüb. Və təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Albaniya Respublikasının Prezidenti Bayram Beqay mətbuata bəyanatlarla çıxış ediblər.

“Təzadlar”

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!