Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 Yanvar 2023 / 11:30

MACARISTAN ƏRDOĞANIN NOBEL MÜKAFATINA NAMİZƏDLİYİNİ İRƏLİ SÜRMƏYİ TƏKLİF EDİR

Macarıstanın xarici işlər naziri Peter Sijarto bildirib ki, ölkə Ukrayna üzrə danışıqlarda vasitəçilik etdiyinə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh Mükafatına namizəd göstərilməsinin tərəfdarıdır.

Tezadlar.az xəbər verir ki, Türkiyəli həmkarı ilə danışıqların yekunlarına dair mətbuat konfransının yayımını diplomatın “Facebook” sosial şəbəkəsində əldə etmək olar.

Szijarto vurğulayıb ki, Türkiyənin danışıqlarda vasitəçilik təcrübəsi bu günə qədər “yeganə uğurlu”dur. O xatırladıb ki, Türkiyə lideri və xarici işlər naziri Mövlud Çavuşoğlunun səyləri sayəsində taxıl sövdələşməsi həyata keçirilib.

“Bu gün prezident Ərdoğanın Nobel Sülh Mükafatını alması təşəbbüsü ortaya çıxıb, çünki Ukraynada yeganə uğurlu vasitəçilik təcrübəsi onun adı ilə bağlıdır”, – diplomat bildirib.

Bundan əvvəl Macarıstan Nazirlər Kabinetinin rəhbərinin mətbuat katibi Bertalan Havaşi bildirib ki, Macarıstan və Türkiyə beynəlxalq ictimaiyyəti Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə çağırır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!