23 Avqust 2021 / 15:23

MƏKTƏBLƏRDƏ “ZƏFƏR TARİXİ” KURSU TƏDRİS EDİLƏCƏK

Bütün ümumi təhsil müəssisələrinin IX (doqquzuncu) siniflərində “Zəfər tarixi” kursu tədris ediləcək.

Bu barədə ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında əmrdə qeyd edilib.

Əmrə əsaəsn, bütün ümumi təhsil müəssisələrinin IX (doqquzuncu) siniflərində dərsdənkənar məşğələlərə ayrılan saatlardan 1 (bir) saatı dərs cədvəlinə daxil edilməklə “Zəfər tarixi” kursunun tədrisinə verilib.

Tədris dilindən asılı olmayaraq, bütün siniflərdə kurs dövlət dilində – Azərbaycan dilində tədris olunacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!