Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Sudanın paytaxtı Şimali Xartumun peyk şəhərində partlayış səsləri eşidilir. Bu barədə RİA Novosti hadisə şahidlərinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, aviasiya Şimali Xartumun bəzi əraziləri üzərində dövrə vurur. Şahidlər şəhərin özündə güclü partlayışların olduğunu bildirirlər.
Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş Sudanda vəziyyətin kəskin şəkildə gərginləşməsi ilə əlaqədar onun humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinatoru Martin Qriffitsi regiona göndərib.
Ölkənin faktiki lideri, ordu komandiri Əbdülfəttah əl-Burhanın rəhbərlik etdiyi Sudan Silahlı Qüvvələri ilə Çevik Qüvvələrinin komandanı Məhəmməd Həmdan Daqalo arasında qarşıdurma səhər saatlarında açıq fazaya keçib.
Daha sonra ABŞ hakimiyyəti Sudandan 1000-ə yaxın amerikalını təxliyə edib.
E.ŞİRİNOV