3 May 2023 / 04:54

RUSİYA ÜÇÜN ÇƏTİN İMTAHAN: UKRAYNA ƏKS-HÜCUMA HAZIRDIR

Rusiya ordusu bu dəfə Ukrayna ordusu qarşında bəlkə də son imtahanını verməli olacaq…

 Tezadlar.az bildirir ki, yaxın həftələrdə Ukrayna ordusu əks-hücum əməliyyatına başlayacaq. Hətta bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken “Fox News” telekanalına müsahibəsində deyib. Sitat: “Biz bilirik ki, ukraynalılar qarşıdakı həftələrdə əks-hücum keçirməyi düşünürlər. Görək nə olacaq”.

Belə bir əks-hücum barədə Rusiyanın ordu komandanlığı da məlumatlıdır. Bunu Rusiyanın son iki həftədə hərbi əməliyyatlara ara verməsi də təsdiqləyir. Görünür, rəsmi Kreml əsas məqsədini bu əks-hücumların qarşısını almağa yönəldir…

A.Məmmədli

 

09:00:19

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!