Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 Sentyabr 2021 / 08:04

“METROYA MİNƏRƏK HAMINI YOLUXDURURLAR”

“Koronavirusu simptomsuz keçirən və virusa yoluxduğunun fərqində olmayan insanlar avtobusa, metroya minərək hamını yoluxdururlar”.

Tezadlar.az medicina.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin məşhur həkimi, professor Mehmet Ceylan “DHA”ya müsahibəsində söyləyib.
Onun sözlərinə görə, COVID-19-a yoluxan uşaqlarda müşahidə olunan kliniki əlamətlərdə dəyişikliklər baş verib.

Onun sözlərinə görə, COVID-19-a yoluxan uşaqlarda müşahidə olunan kliniki əlamətlərdə dəyişikliklər baş verib.

Professor bildirib ki, yetkin şəxslərin 85 %-i, uşaqların isə 90 %-i koronavirusu simptomsuz keçirir: “Avtobusa minirsiniz, tutaq ki, orada koronavirusa yoluxmuş bir sərnişin var. Amma fərqində deyil, qızdırması yoxdur, heç bir şikayəti yoxdur. Maskasını da düzgün taxmır. Həmin şəxs bütün avtobusu yoluxdurur. Bu xüsusiyyət tamamilə COVID-19-a aiddir. Qripdə belə olmur. Qripə tutularaq xəstələnən adamlarda mütləq müvafiq əlamətlər olur”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!