Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ukraynaya qarşı başladılan müharibədə uğursuzluğa düçar olan və dünyanın qabaqcıl ölkələri ilə düşmənə çevrilən Rusiyanın siyasi rəhbərliyi indi də üçüncü dünya müharibəsindən danışır…
Tezadlar.az Azadlıq Radiosu-na istinadla bildirir ki, “Üçüncü dünya müharibəsi başlasa, heç kimə qələbə gətirməyəcək. Yer kürəsinə epidemiyalar və aclıq gələcək”,- deyən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Rossiyskaya qazeta”da dərc edilən məqaləsində bu barədə danışıb. Medvedyev deyib ki, milyonlarla şəhərin xarabalığa çevrildiyi, həddindən artıq elektromaqnit impulsuna görə elektrik enerjisinin olmadığı dünyada qələbə mümkün deyil. O, bildirib ki, dünya Karib böhranı zamanı olduğundan daha pis bir qarşıdurma içərisindədir. Sitat: “…Çünki bizim rəqiblərimiz ən böyük nüvə dövlətini – Rusiyanı həqiqətən məğlub etmək qərarına gəliblər”.
İndi nə etməli? Rusiya özü müharibəni başlayıb, indi də dünyanı sülh əldə etməyə çağırır. Təkcə ötən gün Ukraynaya yağdırılan raket zərbələrindən onlarla insan dinc sakinlər həlak olub, yüzlərlə yaralı var və neçə-neçə binalar, evlər darmadağın edilib…
Əlbəttə, indi 3- cü Dünya müharibəsindən danışanda həm də göz önünə Ukraynada törədilənləri gətirmək lazımdır…
A.Məmmədli