6 İyul 2023 / 14:13

LİSEY VƏ GİMNAZİYALARA QƏBUL NƏTİCƏLƏRİ ELAN OLUNDU

2023-2024-cü tədris ili üzrə 32 təhsil müəssisəsində mərkəzləşdirilmiş qaydada keçirilən lisey və gimnaziyalara qəbul nəticələri elan olunub.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, şagirdlərin elektron yerdəyişməsi üzrə portalda şəxsi kabinetlər vasitəsilə nəticələrlə tanış olmaq mümkündür.

Şagirdlər seçim etdikləri lisey və ya gimnaziyalara qəbul olduqları təqdirdə şəxsi kabinetlərinə daxil olaraq iyulun 17-si saat 17:00-dək qəbul olduqları müəssisəni təsdiqləməlidirlər. Qeyd olunan tarixədək müəssisə təsdiqlənmədiyi halda qəbul nəticəsi etibarsız hesab ediləcək.

Lisey, yaxud gimnaziyaya qəbul olan və qəbulu təsdiq edən şagirdlərin sorğuları sistem açılan zaman avtomatik yaradılacaq. Sənəd qəbulu isə avqust ayında həyata keçiriləcək.

Qəbul nəticələri ilə bağlı müraciətləri iyulun 11-i saat 12:00-dək müvafiq elektron poçt ünvanına (office@arti.edu.az) yönləndirə bilərsiniz.

Qeyd edək ki, 19 min 925 şagird lisey və gimnaziya seçimi mərhələsində iştirak hüququ qazanıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!