14 Avqust 2023 / 11:14

GÜRCÜSTANDA PUL XƏRCLƏYƏN TURİSTLƏR SIRASINDA AZƏRBAYCANLILAR İLK ONLUQDADIR

Gürcüstanın beynəlxalq turizmdən əldə etdiyi gəlir rekord həddə çatıb.

TEZADLAR.AZ  xəbər verir ki, bu barədə Milli Turizm Administrasiyası məlumat yayıb.

Agentliyin hesabatına görə, 2023-cü ilin yanvar-iyun aylarında, Gürcüstan beynəlxalq səyahətlərdən (turizmdən) 1 804 529 935 dollar gəlir əldə edib. Bu isə 2022-ci illə müqayisədə 661 999 720 ABŞ dolları (57,9%) artım demekdir. Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında səyahətdən əldə olunan gəlirlərə görə ölkələr arasında Rusiya liderdir. Ümumilikdə, ilin birinci yarısında rusiyalı turistlər Gürcüstanda 482,1 milyon ABŞ dolları xərcləyib.

2023-cü ilin yanvar-iyun aylarında beynəlxalq səyahətçilərdən ölkələr üzrə əldə edilən gəlirləri aşağıda təqdim edirik:

●► Rusiya – 482,1 milyon dollar;

●► Türkiyə – 264 milyon dollar;

●► Aİ ölkələri – 215,7 milyon dollar;

●► İsrail – 148,2 milyon dollar;

●► Ukrayna – 101,8 milyon dollar;

●► Ermənistan – 67,3 milyon dollar;

●► Azərbaycan – 60,9 milyon dollar;

●► İran – 50,1 milyon dollar;

●► Belarus – 48,4 milyon dollar;

●► Səudiyyə Ərəbistanı – 22,1 milyon dollar.

24 news/ge

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!