Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 Sentyabr 2021 / 06:27

ERMƏNİLƏRİN YUXUSUNU ƏRŞƏ QALDIRAN “BAYRAKTAR TB3” TEZLİKLƏ UÇUŞDA

44 günlük müharibədə ermənilərin başına od ələyən, hərbi sənayesi ilə fəxr edən dövlətləri isə şoka salan pilotsuz uçuş aparatları və dronların yeni versiyası hazırlanıb…

Belə ki, Türkiyənin yeni pilotsuz uçuş aparatı “Bayraktar TB3” 2022-ci ildə ilk uçuşunu həyata keçirəcək. “Anadolu” agentli bildirir  ki, bu barədə “Baykar Technologies” şirkətinin texniki direktoru Selcuk Bayraktar Türkiyənin İstanbul şəhərində keçirilən “TEKNOFEST” festvalında bildirib. Bayraktar “Baykar Technologies” şirkəti tərəfindən hazırlanmış pilotsuz aviasiya sistemlərindən, həmçinin reallaşdırılması ən yaxın illərdə planlaşdırılan layihələrdən danışıb: “Biz gələcəyə baxaraq, “Bayraktar TB3” konsepsiyasını görə bilərik. Bu pilotsuz uçuş aparatı peykdən idarə olunmaqla minlərlə kilometrə məsafənin öhdəsindən gəlir. Söhbət ölçüləri “Bayraktar TB2”dən bir qədər böyük və “Akıncı”dan kiçik zərbə aparatından gedir”. Onun sözlərinə görə, “Baykar Technologies” şirkəti həmçinin yerli pilotsuz hərbi təyyarənin hazırlanması ilə məşğuldur: “Türkiyənin yeni pilotsuz hərbi təyyarəsi hərbi sferada əsl inqilab edəcək. Yeni təyyarə “Bayraktar TB3” kimi, qısa uçuş-enmə zolaqlarından istifadə edə biləcək. Bizim pilotsuz aviasiyamız bir çoxlarına hərbi konsepsiyanı təkrar gözdən keçirməyə məcbur etdi. Ümid edirik ki, “Bayraktar TB3” 2022-ci ildə özünün birinci uçuşunu edəcək. Amma 2023-cü ildə yeni pilotsuz hərbi təyyarə layihəsini reallaşdırmağı planlaşdırırıq”, – deyə Selcuk Bayraktar bildirib.

*** 

 Yəqinki bu açıqlamalardan sonra Ermənistanın siyasi rəhbərliyi hoqqabaz bəyanatlarını tonqalda yandırıb haqq yoluna qayıdacaq. Çünki o yolda artıq demək olar nə Rusiya var, nə Fransa, nə də erməni diasporası… Orada “BAYRAKTAR TB3” olacaq. Onun isə missiyası hər kəsə bəllidir, o cümlədən Paşinyana və Ermənistan xalqına…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!