Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


ABŞ 11 rusiyalıya qarşı sanksiya tətbiq edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Agentliyin saytında qeyd edilir ki, bu Rusiya vətəndaşları “kibertəhlükəsizlik sahəsində fəaliyyətlərinə görə” sanksiya siyahısına əlavə edilib. ABŞ Maliyyə Nazirliyi konkret səbəb göstərməyib.
Dərc edilmiş siyahıda olan insanların bəzilərinin e-poçt ünvanları var.
Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Moskvada yerləşən “Intellect” şirkətini Şimali Koreyanın sanksiyalar siyahısına daxil edib. Həmçinin məhdudiyyətlər altında onunla əlaqəli Rusiya vətəndaşı Sergey Kozlov da var idi.
E.ŞİRİNOV