Əsas məzmuna keç

ÖZƏL STOMATOLOQLAR PASİYENTƏ ƏDV VERMƏLİDİRMİ? – DVX İZAH ETDİ

Mən stomatoloji xidmət alıram və əldə etdiyim tibbi xidmət üçün ödədiyim məbləğlərə görə ƏDV-nin geri qaytarılması hüququmdan istifadə etmək istəyirəm.

Bu baxımdan, fərdi qaydada stomatoloji fəaliyyət göstərən diş həkimi tərəfindən mənə göstərilən tibbi xidmətlərə görə nəzarət-kassa aparatının çeki təqdim edilməlidirmi?

 TEZADLAR.AZ xəbər verir ki, suala cavab olaraq Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatı tətbiq edilməklə həyata keçirilməlidir.

Qeyd olunanlara əsasən, fərdi qaydada göstərilən stomatoloji xidmətlərə görə diş həkimi tərəfindən sizə nəzarət-kassa aparatı çeki təqdim edilməlidir və stomatoloq ƏDV qeydiyyatında olduğu halda, əldə etdiyiniz tibbi xidmətlərə görə ƏDV-nin geri qaytarılması həyata keçirilə bilər.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…