Əsas məzmuna keç

Tehranda “Məkkə İttifaqı”nın görüşündə bəyanat qəbul edilib

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksəksəviyyəli rəsmiləri ilə İran tərəfi arasında danışıqlar Tehranda başlayıb… Tezadlar.az Haber- Türk-ə istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı və İran rəsmiləri məlumat yayıblar. Görüşlərdə Səudiyyə Ərəbistanını Vəliəhd Şahzadə Məhəmməd bin Səlmanın qardaşı, müdafiə naziri şahzadə Xalid bin Səlman, Pakistanı Baş Qərargah rəisi marşal Asim Munir, Türkiyəni isə Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın təmsil edir. İran Milli Ali Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqeri Kani dövlət televiziyasına açıqlamasında rəsmilərin şura ilə məsləhətləşmələr aparacağını bildirib.

Səudiyyə Ərəbistanının xarici işlər nazirinin ictimai diplomatiya üzrə müavini Raid Krimli rəsmi sosial şəbəkə hesabında sözügedən səfəri təsdiqləyib: “Məkkə İttifaqı” ölkələrinin rəsmiləri İran Milli Ali Təhlükəsizlik Şurasının baş katibi Möhsün Rezai ilə yanaşı, İran Prezidenti Məsud Pezeşkianla da görüşəcəklər. Bu səfər “Məkkə İttifaqı” ölkələrinin ABŞ və İran arasında davam edən böhranda gərginliyi azaltmaq, dialoq və diplomatik həll yollarını təşviq etmək səylərinin, eləcə də Qətər və Pakistan tərəfindən həyata keçirilən vasitəçilik təşəbbüslərinə dəstəyin bir hissəsidir. Sözügedən təmaslar “Məkkə İttifaqı” ölkələrinin regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsindəki əsas rolunu və bu məqsədə çatmaq üçün regionun bütün ölkələri ilə birgə işləmək əzmini nümayiş etdirir”.

Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanının nümayəndələrinin rəhbərliyi ilə keçirilən ilk dördtərəfli regional görüşün yekun bəyanatı açıqlanıb. Bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Bəyanatda bildirilib ki, görüş iştirakçıları regionda sülh və təhlükəsizlik də daxil olmaqla, dörd ölkə arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…