18 Sentyabr 2023 / 11:57

ƏRDOĞAN NATO-NUN BAŞ KATİBİ İLƏ TAXIL MÜQAVİLƏSİNİ MÜZAKİRƏ EDƏCƏK

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyası çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberqlə taxıl müqaviləsini və Ukraynadakı vəziyyəti müzakirə edəcək.

Bu barədə yerli mətbuat Türkiyə prezident administrasiyasına istinadən xəbər verir.

“Cənab Prezident Nyu Yorkdakı Türk Evində NATO-nun baş katibi Yens Stoltenberqi qəbul edəcək. Hazırkı gündəm müzakirə olunacaq, bu, Ukraynadakı vəziyyət, Qara dəniz taxıl təşəbbüsü və təbii ki, Türkiyə ilə NATO arasında əməkdaşlıqdır”, – Ərdoğanın ofisindən bildiriblər.

Bundan əvvəl Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə yeni söhbət planlaşdırdığı məlum olub. Qeyd olunur ki, danışıqların Ərdoğan ABŞ-dan qayıdandan sonra baş tutması ehtimalı yüksəkdir, o, BMT-nin baş katibi Antonio Quterreş və digər liderlərlə taxıl sazişinin bərpası ilə bağlı konkret təklifləri müzakirə edəcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!