11 Oktyabr 2023 / 13:12

HƏMAS-IN SİLAHLI QANADI BEN QURİON HAVA LİMANINA RAKET HÜCUMUNU ÜZƏRİNƏ GÖTÜRÜB

Radikal HƏMAS hərəkatının hərbi qanadı olan “İzəddin əl-Qəssam Briqadaları” qruplaşması Təl-Əvivin Ben Qurion hava limanını atəşə tutduğunu açıqlayıb.

“Əl-Qəssam Briqadaları mülki şəxslərə edilən hücuma cavab olaraq Ben Qurion hava limanına raket hücumu həyata keçirir”, – qrupun Teleqram kanalında dərc edilən bəyanatda deyilir.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri ölkənin mərkəzi rayonlarına hava hücumu xəbərdarlığı barədə məlumat vermişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!