20 Oktyabr 2023 / 06:31

İSRAİL HƏRBİ HAVA QÜVVƏLƏRİ GECƏ ƏRZİNDƏ 100-DƏN ÇOX HƏMAS HƏDƏFİNİ VURUB

Ordunun mətbuat xidməti bu gün, oktyabrın 20-də bildirib ki, İsrail qırıcıları gecə ərzində Qəzza zolağında HƏMAS-ın yüzdən çox hərbi obyektini vurub.

“Gecə ərzində İMQ döyüşçüləri HƏMAS-ın yüzdən çox terrorçu hədəfinə, o cümlədən yeraltı tunel, silah anbarları və onlarla əməliyyat komandanlıq mərkəzlərinə zərbələr endirib”, – mətbuat xidməti qeyd edib.

Bundan əvvəl İsrailin təhlükəsizlik məsələləri üzrə Nazirlər Kabinetinin üzvü, ölkənin iqtisadiyyat və sənaye naziri Nir Barakat bildirib ki, hökumət İsrail ordusuna Qəzza zolağında hərbi əməliyyat keçirməyə icazə verib.

Onun sözlərinə görə, hərbçilər bu əməliyyatın uzun müddət çəkə biləcəyinə hazırdırlar.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!