Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 Oktyabr 2021 / 10:43

VƏTƏN MÜHARİBƏSİNİN İLDÖNÜMÜ ALİ HƏRBİ MƏKTƏBDƏ QEYD EDİLDİ

Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Anım tədbirində şəhidlərin ailə üzvləri və yaxınları, məktəbin müəllim, zabit və kursantları iştirak ediblər.

Tədbirdə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfər haqqında geniş məlumat verilib. Şanlı qələbənin qazanılmasında Hərbi

Məktəbin zabit və kursantlarının əvəzsiz rolu olduğu xüsusi vurğulanıb. Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsi olduğu qeyd edilib.

Qeyd edək ki, sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi vətənpərvərlik mövzusunda musiqili kompozisiya ilə çıxış edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!