Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 Oktyabr 2021 / 06:54

BU DÖVLƏTLƏRİN XİN RƏHBƏRLƏRİNİN VI GÖRÜŞÜ KEÇİRİLİR

Qazaxıstanın paytaxtı Nur-Sultanda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) üzv dövlətlərinin xarici işlər nazirlərinin VI görüşü keçirilir.

Görüşdə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev də iştirak edir.

Xarici işlər nazirlərinin Nur-Sultandakı (hibrid formatda) görüşünün gündəliyində forumun fəaliyyətinin əsas seqmentlərində etimad tədbirlərinin gücləndirilməsi kontekstində inkişaf perspektivləri müzakirə olunacaq.

Görüşün sonunda siyasi bəyannamənin qəbul edilməsi gözlənilir.

Qeyd edək ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin yaradılmasına dair təşəbbüsü Qazaxıstanın Birinci Prezidenti – elbası Nursultan Nazarbayev irəli sürüb. Hazırda təşkilatın Azərbaycan da daxil olmaqla, 27 daimi və 8 müşahidəçi üzvü var.

Xatırladaq ki, müşavirədə iştirak edən ölkələrin dövlət və hökumət başçılarının görüşləri dörd ildə ən azı bir dəfə keçirilir.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!