Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


İran İsrail kəşfiyyat xidməti “Mossad” ilə əməkdaşlıqda ittiham olunan 4 nəfəri edam edib.
Bu barədə İranın “Mizan” agentliyi yazır.
Nəşrin məlumatına görə, edam bu gün səhər həyata keçirilib.
Qərbi Azərbaycan Əyalət Məhkəməsi Vəfa Khenara, Aram Öməri, Rəhman Pərhazo və Nəsimə Namazi barəsində hökm çıxarıb. Məhkəmə qərarında qeyd olunur ki, qrup hüquq-mühafizə orqanları əməkdaşlarının evlərini və avtomobillərini yandırıb, bunun üçün ““Mossad” zabitlərindən dəfələrlə pul alıblar”.
İddia olunur ki, bu yolla “məhkumlar ölkənin təhlükəsizliyini pozmaq niyyətində olublar”.
İş üzrə ümumilikdə 10 nəfər saxlanılıb.
Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandirinin baş müşaviri İrəc Məscidi xəbərdarlıq etmişdi ki, İsrail Müdafiə Qüvvələri onların ölkəsinə hücum edərsə, İran hərbçiləri Təl-Əvivi yerlə-yeksan edəcəklər.
Fələstinin Həmas hərəkatının İsrailə genişmiqyaslı hücumundan sonra İsrail-İran münasibətləri kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail hakimiyyəti ölkənin müharibə vəziyyətinə keçdiyini, həmçinin Qəzza zolağına qarşı cavab əməliyyatına başladığını elan edib.
E.ŞİRİNOV