16 Yanvar 2024 / 08:54

GÜRCÜSTAN XİN BAKIDAKI PARTLAYIŞDA ÖLDÜYÜ DEYİLƏN VƏTƏNDAŞI İLƏ BAĞLI ARAŞDIRMA APARIR

Gürcüstan Xarici İşlər Nazirliyi Bakıda mebel sexində baş vermiş partlayışla bağlı bəyanat yayıb.

TEZADLAR.AZ Gürcüstan KİV-nə istinadən xəbər verir ki, Nazirliyin bəyanatında Gürcüstanın Azərbaycandakı səfirliyinin partlayış nəticəsində Gürcüstan vətəndaşının həlak olmasına dair xəbərləri aydınlaşdırdığı qeyd olunub. “KİV-də yayılan məlumata görə həlak olanlardan biri Gürcüstan vətəndaşıdır. Biz məlumatın aydınlaşdırılması istiqamətində işləyirik”, – deyə bəyanatda bildirilib. Qeyd edək ki, həlak olanlardan birinin Bolnisi bələdiyyəsinin Naxiduri (Arıxlı) kəndindən olan 35 yaşlı Gürcüstan vətəndaşı Sərrac Yusubov olduğu bildirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!