23 Yanvar 2024 / 04:23

TRAMP BAYDENİ DEMOKRATİYA ÜÇÜN TƏHLÜKƏ ADLANDIRIB

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı Amerika lideri Co Baydeni demokratiya üçün təhlükə adlandırıb.

Yanvarın 23-də Respublikaçıların prezident seçkilərinin ilk praymerizinin keçiriləcəyi Nyu-Hempşirdə tərəfdarlarına Tramp deyib: “Co Bayden həqiqətən demokratiya üçün təhlükədir… o, bacarıqsızdır”.

Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Baydeni ABŞ tarixinin ən pis lideri adlandırmışdı.

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. 25 aprel 2023-cü ildə Bayden ən yüksək hökumət ofisinə yenidən seçilmək istəyəcəyini açıqladı. Tramp 2022-ci ilin noyabrında seçki yarışına qatılacağını elan etdi.

​​ E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!