24 Yanvar 2024 / 09:34

BAYDEN PREZİDENT SEÇKİLƏRİNDƏKİ RƏQİBİNİN ADINI AÇIQLAYIB

ABŞ prezidenti Co Bayden Donald Trampın ölkədə keçiriləcək seçkilərdə Respublikaçılar Partiyasının namizədi olacağına əminliyini ifadə edib.

“Artıq məlum oldu ki, Donald Tramp Respublikaçılar Partiyasının namizədi olacaq”, – Tezadlar.az “Politico” qəzetinə istinadən yazır.

Yanvarın 23-də Nyu-Hempşirdə keçirilən Respublikaçıların praymerizinin nəticələrinə Bayden belə reaksiya verib. “Associated Press”-in proqnozuna görə, Tramp 54,9%, Nikki Heyli 43,2% səslə qalib gəlir. Tramp artıq özünü qalib elan edib.

​​​ E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!