15 Mart 2024 / 11:51

HƏMAS HƏR İSRAİL ƏSGƏRİ ÜÇÜN 50 MƏHBUSU AZAD ETMƏYİ TƏKLİF EDİR

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan hər bir İsrail əsgəri müqabilində 50 fələstinli məhbusu azad etməyi təklif edib.

Tezadlar.az xəbər verir ki, bu barədə hərəkatdakı mənbələrə istinadən “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Onların fikrincə, bu yolla azad edilməli olan 50 məhbusdan ən azı 30-na İsrail məhkəməsi tərəfindən ömürlük həbs cəzası verilməlidir. HƏMAS-ın atəşkəs təklifi hər biri 42 gün davam edəcək üç mərhələdən ibarətdir, lakin radikallar yalnız tam atəşkəs elan edildikdən sonra İsrail əsgərlərini azad etməyə hazır olacaqlar.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!