26 Oktyabr 2021 / 13:22

BAKIDA DAHA BİR MƏKTƏB BAĞLANDI

Bakıdakı 73 nömrəli tam orta məktəbin fəaliyyəti 2 həftəlik distant təhsil formasında davam etdiriləcək.

Bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məktəbin 3 şagirdi və 5 müəllimi COVID-19 infeksiyasına yoluxub: “Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 73 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!