Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 İyul 2024 / 11:57

YEVLAXDA NARKOTİKLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ MƏŞĞUL OLAN ÜÇ NƏFƏR YAXALANIB

Yevlaxda polis narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni davam etdirir.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində çətənə bitkisinin kultivasiyası ilə məşğul olan rayon sakini Rüstəm Abışzadə saxlanılıb. Onun evinin həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qulluq edilərək yetişdirilmiş 26 ədəd çətənə bitkisi və 6 kiloqram marixuana aşkar olunub.

Keçirilən digər tədbirlə güclü təsiredici xassəyə malik narkotik vasitə heroinin qanunsuz dövriyyəsini təşkil edən Hafiz Məmmədov da saxlanılıb. H.Məmmədov ondan aşkarlanan heroini pul müqabilində Teymur adlı şəxsdən aldığını bildirib. Davam etdirilən tədbirlərlə Şirvan şəhər sakini Teymur Əkbərov da saxlanılıb. Ondan da külli miqdarda heroin aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!