Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 Avqust 2024 / 10:23

SƏRNİŞİN SKEYTBORDLA AVTOBUSUN ŞÜŞƏSİNİ SINDIRIB

Sankt-Peterburq polisi Sestroretskdəki dayanacaqda skeytbordla sərnişin avtobusunun qabaq şüşəsini sındıran gənci axtarır.

Tezadlar.az xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, 211E saylı marşrut avtobusunun sərnişini ilə sürücüsü arasında münaqişə avtobusun lazımi dayanacaqda dayanmamasından sonra yaranıb.

“Naməlum şəxs ona lazım olan dayanacaqda dayanmadığı üçün avtobus sürücüsü ilə mübahisə edib, daha sonra avtobusdan düşərək skeytbordu avtobusun qabaq şüşəsinə ataraq onu sındıraraq yerindən itib”, – baş ofisdən deyiblər.

Zorakılıq edən sərnişinin axtarışı üçün tədbirlər görülüb.

Cinayət işinin başlanması məsələsi həll edilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!