17 İyun 2021 / 11:14

ƏRDOğAN AğDAMDAKı MONITORINQ MəRKəZININ TüRKIYəLI HəRBçILəRILə GöRüşDü

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycana səfəri çərçivəsində Bakıda Ağdam rayonundakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərən türkiyəli hərbçilərlə görüşüb. 

Bu barədə Türkiyə Prezident Administrasiyası özünün “Twitter” səhifəsində  məlumat paylaşıb. “Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycan missiyası qrupunda yer alan hərbçilərlə görüşüb”, – məlumatda bildirlib. Qeyd edək ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yanvarın 30-dan etibarən fəaliyyətə başlayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!