22 Avqust 2024 / 08:06

KRIMDA SAXLANILAN UKRAYNA HƏRBİ KƏŞFİYYATÇILARI HƏBS EDİLİB

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Krımda saxlanılan, təxribat və casusluq məqsədi daşıyan üç agenti həbs edilib.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a FTX-nin region üzrə idarəsinin mətbuat xidmətindən məlumat verilib.

Cümə axşamı FTX Kerç və Sevastopolda iki Rusiya vətəndaşının və Moldova vətəndaşının – partlayışlar planlaşdıran və Rusiya Silahlı Qüvvələri haqqında məlumat toplayan Ukrayna hərbi kəşfiyyatçılarının saxlanıldığını elan edib.

“Hər üçü barəsində həbs qətimkan tədbiri seçilib”, – deyə idarədən bildirilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!