30 Avqust 2024 / 09:10

KURSK VİLAYƏTİ ÜZƏRİNDƏ PİLOTSUZ UÇUŞ APARATI VURULUB

Hava Hücumundan Müdafiə sistemləri Kursk vilayətində Ukraynaya məxsus pilotsuz təyyarəni məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Avqustun 30-da Moskva vaxtı ilə saat 10:45 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Ukraynaya məxsus pilotsuz uçuş aparatı Kursk vilayəti ərazisində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, – deyə departament qeyd edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!