10 Sentyabr 2024 / 10:10

RUSİYANIN MƏQSƏDLƏRİNƏ ÇATMAĞININ YEGANƏ YOLU AÇIQLANIB

Hazırda Ukraynada xüsusi hərbi əməliyyat Rusiyanın məqsədlərinə çatmağın yeganə yoludur.

Tezadlar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə vurğulayıb.

“Bizim üçün, – Moskva və Kiyev arasında mümkün razılaşmalar barədə TASS-ın sualını cavablandıran Kreml nümayəndəsi qeyd etdi, “əsas odur ki, məqsədlərimizə nail olaq.” “Və hazırda – başqa alternativlərin olmadığı bir şəraitdə xüsusi hərbi əməliyyat – məqsədlərimizə çatmağın yeganə mümkün yoludur”.

“Buna görə də davam edir”, – deyə Peskov yekunlaşdırıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!