
Hazırda Ukraynada xüsusi hərbi əməliyyat Rusiyanın məqsədlərinə çatmağın yeganə yoludur.
Tezadlar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə vurğulayıb.
“Bizim üçün, – Moskva və Kiyev arasında mümkün razılaşmalar barədə TASS-ın sualını cavablandıran Kreml nümayəndəsi qeyd etdi, “əsas odur ki, məqsədlərimizə nail olaq.” “Və hazırda – başqa alternativlərin olmadığı bir şəraitdə xüsusi hərbi əməliyyat – məqsədlərimizə çatmağın yeganə mümkün yoludur”.
“Buna görə də davam edir”, – deyə Peskov yekunlaşdırıb.
E.ŞİRİNOV






