Dünya
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qax rayonunda çay sahilindən odlu silah tapılması barədə polisə məlumat daxil olub.
Tezadlar.az xəbər verir ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən oradan “Kalaşnikov” markalı avtomat, daraq və 30 ədəd patron aşkarlanaraq götürülüb. Aşkar olunmuş silah müvafiq ekspertizaya göndərilib.
Şöbə əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində isə rayon sakinləri müvafiq sənədləri olmayan 2 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.
R.XUDATQIZI