Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 Fevral 2025 / 12:01

Ermənistan Cənubi Qafqazda sülhün ABŞ üçün prioritet olacağına ümid edir

Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olmasının ABŞ siyasi elitası üçün prioritet olacağına ümid edir.

Tezadlar.az xəbər verir ki, Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, bunu baş nazir Nikol Paşinyan Vaşinqtonda “Ermənistanı xilas et” təşkilatının üzvləri ilə görüşündə deyib.

“ABŞ nöqteyi-nəzərindən Ermənistanı dəstəkləməyin ən təsirli yolunun nə olduğunu soruşsanız, deyərdim ki, Cənubi Qafqazda sülhün əldə edilməsi gündəliyinin ABŞ siyasi elitasının prioritetləri sırasına daxil edilməsi çox vacib olardı”, – o qeyd edib.

Paşinyanın sözlərinə görə, Ermənistan demokratiyaya can atır. “Biz demokratiyanı dərinləşdirməyə və onu institusional əsaslara oturtmağa çalışırıq ki, o, hakim qüvvələrin siyasi iradəsindən asılı olmasın. İndi Ermənistanın demokratik yoluna əngəl törətməyə cəhdlər edilən yalnız bir alət var – müharibə, eskalasiya və münaqişə aləti”, – baş nazir əlavə edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!