Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ağdamda minaya düşənlərin sağlıq durumu xoşagələn deyil. Tezadlar.az- a TƏBİB-dən bu barədə məlumat verilib. Qeyd edilib ki, Ağdam rayonunun Qalayçılar kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (2 kişi cinsli, 1 qadın cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 1983-cü il təvəllüdlü (kişi cinsli) şəxsə sağ aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu ilə əməliyyat təyin edilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir. 2012-ci il təvəllüdlü şəxsə (qadın cinsli) hər iki aşağı ətraf və döş qəfəsinin qəlpə yaraları, 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsə isə hər iki aşağı ətrafın və qarnın ön səthinin və sol yuxarı ətrafın qəlpə yaraları diaqnozları təyin edilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabildir.
Qeyd edək k, mina partlayışında xəsarət alan 2012-ci il təvəllüdlü qız Məmmədova D. və 2014-cü il təvəllüdlü oğlan Məmmədov E. Səbuhi Məmmədovun övladlarıdır.
Bir daha mina təhlükəli ərazilərə səfərlər diqqətlə nəzarətdə saxlanılmalıdır. Ata niyə mina təhlükəli ərazilərə övladlarını da aparır?
Elbar